Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərində iyulun 19-da 110/35/10 kV-luq "Xalçaçılıq" yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi məlumat yayıb.
Bildirilib ki, iyulun 19-da saat 02:00-dan 05:00-dək Naxçıvan şəhərinin İstiqlal küçəsində yerləşən 111, 113, 115, 117 və 129 nömrəli binalarda, Şadlinski, Bəktaşi, Nizami, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, 54, 56, 59, 60 və 61-ci məhəllələrdə, Əcəmi məhəlləsində, Əliabad qəsəbəsində, həmçinin Babək rayonunun bəzi ərazilərində və Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd olunub ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik xətlərində və yarımstansiyalarda təmir-bərpa, eləcə də yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.
İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












