Azan səsinə görə təyyarə təcili eniş etdi

ABŞ-nin "Southwest Airlines" aviaşirkətinə məxsus Neşvil-Fort Loderdeyl reysini həyata keçirən sərnişin təyyarəsi müsəlman sərnişinin telefonunda çalınan azan səsi səbəbindən təhlükəsizlik məqsədilə Atlanta hava limanına təcili eniş edib.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, bəzi sərnişinlər azan səsini təhlükə siqnalı kimi qiymətləndirərək ekipaja məlumat veriblər. Bundan sonra təyyarə ehtiyat tədbiri olaraq marşrutunu dəyişib. Təyyarəyə daxil olan silahlı təhlükəsizlik əməkdaşları həmin sərnişini yoxlama üçün təyyarədən endiriblər.
Hadisədən sonra FTB və yerli hüquq-mühafizə orqanlarının apardığı araşdırma zamanı heç bir təhlükəsizlik riski aşkarlanmayıb və sərnişinə qarşı ittiham irəli sürülməyib.
"Southwest Airlines" baş verənlərin yanlış anlaşılmadan qaynaqlandığını bildirərək sərnişinlərdən üzr istəyib.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












