Bakıda avtomobil orta yaşlı qadını vurub
Qəzalar
21 Sentyabr 2020 09:24
Oxunub 1016

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Yolu keçən 1979-cu il təvəllüdlü Hüseynova Səfayət Füzuli qızını minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













