Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil Rəmziyyə Əhmədova vuraraq öldürüb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 24-ü saat 19:15 radələrində paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, 67 ünvanının qarşısında qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Bayramlı Anar Şahin oğlu idarə etdiyi "Mersedes" markalı avtomobil ilə yolu keçməyə çalışan Saatlı rayon sakini, 1977-ci il təvəllüdlü Əhmədova Rəmziyyə Bəhlul qızını vurub. Qadın almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya çatdırılarkən yolda ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
"Report"
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu











