Bakıda taksi 3 piyadanı vurub, ölən və yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB

Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadınlardan birinin şəxsiyyəti müəyyənləşib.
Avtosfer.az-ın xəbərinə görə, o, 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızıdır. Digərinin kimliyi hələlik naməlum olaraq qalır. Verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən qadınların hər ikisi aqonal vəziyyətdədir.
01:10
Bakının Səbail rayonunda ağır yol qəzası baş verib və bir nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə Salyan şosesinin Su İdmanı Sarayının qarşısına düşən hissəsində qeydə alınıb.
Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən biri kişi ikisi qadın olmaqla üç nəfəri “Toyota Prius” markalı avtomobil vurub. Zərbənin təsirindən kişi hadisə yerində ölüb. İki qadının vəziyyəti ağır olduğundan onlar təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, hər iki piyadanın vəziyyəti ağırdır.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. “Toyota” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olurmuş. Sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda avtotexniki ekspertiza təyin edilib. Avtoqəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.
Ölən kişinin Türkiyə vətəndaşı olduğu bildirilir. Hazırda onun meyiti morqdadır və şəxsiyyəti müəyyənləşdirilir.
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO












