Bakıda gənc piyadanı avtomobil vurub
Qəzalar
15 Dekabr 2024 23:55
Oxunub 140
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Şərəfzadə Rəvan Həsən oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR