Bakıda iki avtomobil toqquşdu - VİDEO - YENİLƏNİB

Qəzalar 6 İyul 2026 11:56
Bakıda iki avtomobil toqquşdu - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Avtosfer.az-ın məlumatına görə, oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 6-da, saat 07:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bazu sümüyünün sınığı və burun sümüklərinin sınığı diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda bildirilir.

***10:44

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb.

Avtosfer.az xəbər verir ki, bu məlumatı Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli verib.

"Hadisə bu gün saat 07:00-da qeydə alınıb. Qəzanın baş verməsinə səbəb "Changan" markalı 77-BQ-551 dövlət nömrə nişanlı avtomobillə, KIA markalı 77-VH-225 dövlət nömrə nişanlı avtomobillərin toqquşması olub. Toqquşma nəticəsində "Changan" işıq dirəyinə çırpılıb. Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.

***09:00

Səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Changan" və "Kia" markalı maşınlar toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Oxunub : 370
ŞƏRH YAZ
Ad

E-mail

Şərh