Cəbrayıla növbəti köç karvanları yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə - 223 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi mənzildən pay tələb edə bilər?
Bakıda bu taksilər qiyməti artırdı
Dövlət qurumlarına müraciət qaydaları dəyişir: Artıq hər addım izlənəcək
İtin parçaladığı burun bərpa edildi - Azərbaycanda unikal əməliyyat - FOTO - VİDEO
Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? - AÇIQLAMA
Maqnit qasırğası orqanizmə necə təsir edir? - Bu şəxslər onu daha ağır keçirir
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır - Sürücülərin DİQQƏTİNƏ!
Qəzalar və “qaymaqlar”: 5 il həbs aldı, amma... - ARAŞDIRMA
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO










