Bakıda iki piyadanı vuran taksi "Prius" digər avtomobillə toqquşub
Qəzalar
2 Oktyabr 2022 10:00

Bakının Xəzər rayonunun Binə qəsəbəsində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius” markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanan 20 yaşlı İbadov Məhəmməd Fərrux oğlunu və 29 yaşlı Hüseynova Saray Akşin qızını vurub.
Daha sonra sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini digər avtomobilə çırpıb. Nəticədə digər avtomobildə olan iki nəfər də xəsarət alıb.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
Oxunub : 1292
DİGƏR XƏBƏRLƏR
24 Noyabr 2026 21:31
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
24 Noyabr 2026 13:36
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
24 Noyabr 2026 11:06
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
24 Noyabr 2026 10:18
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
24 Noyabr 2026 10:00
Sabunçuda AĞIR QƏZA: Ölən var
24 Noyabr 2026 09:30
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
24 Noyabr 2026 09:23
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
24 Noyabr 2026 09:11
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
23 Noyabr 2026 17:00
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
23 Noyabr 2026 15:18
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
23 Noyabr 2026 12:03
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
23 Noyabr 2026 11:23
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
ŞƏRH YAZ











