Bakıda maşın 4 avtomobilə çırpılıb, xəsarət alan var - FOTO - VİDEO

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb. “Nissan” markalı avtomobil yüksək sürətlə Sübhan Xəlilovun idarə etdiyi “BMW”yə cırpılıb. İdarəetmədən çıxan avtomobil ardınca yol kənarında dayanmış “Qazel”ə, sonra isə “Chevrolet” və “Hyundai”ya dəyib. “Nissan” yalnız bardürə çırpıldıqdan sonra dayana bilib.
S.Xəlilov apa-ya bildirib ki, “Nissan”ın sürücüsü narkotik maddənin təsiri altında olub. O, xəsarət alaraq xəstəxanaya aparılıb. S.Xəlilov “Nissan”ın sürücüsünün narkotik müayinədən keçməsini tələb edib. Əraziyə Binəqədi rayon polis idarəsinin əməkdaşları cəlb olunub.
Qəza nəticəsində Azadlıq prospektindən Binəqədi istiqamətinə gedən yolda tıxac yaranıb. Polis əməkdaşları hərəkəti tənzimləyir. Qəza ilə bağlı avtotexniki ekpertiza təyin edilib.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO












