Bakıda ölümlə nəticələnən ağır qəza ilə bağlı detallar bəlli oldu - VİDEO

Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verən yol qəzasının detalları bəlli olub.
Faktla bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli hadisənin oktyabrın 10-u saat 17:20-də baş verdiyini deyib:
“Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında 1999-cu il təvəllüdlü Sumqayıt sakini Əhmədova İlkanə Rəsul qızının idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobil yolun sağında dayanmış vəziyyətdə olan 1982-ci il təvəllüdlü Naxçıvan sakini Kərimov Emil Əli oğluna məxsus “Audi” markalı avtomobilə və 1984-cü il təvəllüdlü Kəlbəcər rayonu sakini Umudov Fəxri Məzahir oğluna məxsus “Mitsubishi” markalı avtomobilə çırpılıb.
Fəxri Umudov aldığı xəsarət nəticəsində hadisə yerində həyatını itirib. İlkanə Əhmədova isə sərxoşluq dərəcəsinin müəyyən olunması üçün həkim müayinəsindən keçib və sərxoş olmadığı müəyyən edilib”.
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu











