Bakıda ölümlə nəticələnən ağır qəza - VİDEO - YENİLƏNİB

Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verən yol qəzasının detalları bəlli olub.
Faktla bağlı oxu.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli hadisənin oktyabrın 10-u saat 17:20-də baş verdiyini deyib:
“Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında 1999-cu il təvəllüdlü Sumqayıt sakini Əhmədova İlkanə Rəsul qızının idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobil yolun sağında dayanmış vəziyyətdə olan 1982-ci il təvəllüdlü Naxçıvan sakini Kərimov Emil Əli oğluna məxsus “Audi” markalı avtomobilə və 1984-cü il təvəllüdlü Kəlbəcər rayonu sakini Umudov Fəxri Məzahir oğluna məxsus “Mitsubishi” markalı avtomobilə çırpılıb.
Fəxri Umudov aldığı xəsarət nəticəsində hadisə yerində həyatını itirib. İlkanə Əhmədova isə sərxoşluq dərəcəsinin müəyyən olunması üçün həkim müayinəsindən keçib və sərxoş olmadığı müəyyən edilib”.
***
Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza zamanı “Hyundai” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan BMW markalı maşına çırpılıb.
Hadisə nəticəsində avtomobillər yararsız hala düşüblər. Məlumata görə, qəza zamanı ölən və xəsarət alan var.
Əraziyə dərhal təcili tibbi yardım maşını cəlb olunub.
oxu.az
Kürdəmirdə "ölüm döngəsi": Qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO
Bərdədə "Chevrolet" beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - VİDEO
Rusiyada avtobus qəzası: 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ağır qəza: Ölən və yaralılar var - FOTOLAR - YENİLƏNİB
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO










