Bakıda piyadalar "qan edirlər"

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun sözlərinə görə, 2014-cü il dekabrın 31-dən 2015-ci il yanvarın 5-dək Bakıda 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb: "Hadisələr nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Hadisələrin 7-si piyadavurma, 7-si avtomobillərin toqquşması, 2-si isə maneəyəvurmadır. Hər iki ölüm faktı piyadaların vurulması nəticəsində qeydə alınıb".
V.Əsədov qeyd edib ki, yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar Mərkəzi Məlumat Xidməti tərəfindən elektron formada 3485, yol polisi əməkdaşları tərəfindən isə yerindəcə 5842 inzibati protokol tərtib edilib: “Bayram günləri ərzində paytaxtda avtomobili sərxoş halda idarə edən 216, işıqforun qırmızı işığında keçən 95 sürücü cəzalandırılıb. Ən çox məsuliyyətə cəlb olunanlar isə yenə də piyadalar olub. Belə ki, yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan 603 piyada inzibati qaydada məsuliyyətə cəlb edilib. Aparılan təhlillər göstərir ki, ötən il ərzində yol hərəkəti qaydalarının daha çox məhz piyadalar tərəfindən pozulduğu qeydə alınıb. Qanun və qaydalara hörmət etməyən, yollarda özbaşınalıq edən piyadaların çoxluğu ciddi narahatlıq doğurur”.
Qeyd edək ki, ümumilikdə ölkə ərazisində dekabrın 31-dən yanvarın 5-dək 60 yol qəzası qeydə alınıb. Baş verən qəzalar nəticəsində 23 nəfər ölüb, 84 nəfər yaralanıb.
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO










