Bakıda piyadanı avtomobil vurub, sürücü ərazidən uzaqlaşıb

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Apa xəbər verir ki, hadisə Xocəsən qəsəbəsində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Cavadov Fərid Ariz oğlu yolu keçərkən onu hələlik naməlum markalı avtomobil vurub. Yaralı baş nahiyyəsindən ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yol-nəqliyyat hadisəsi barədə hazırda araşdırma aparılır. Hadisəni törədən sürücünün axtarışı aparılır.
Kliniki Tibbi Mərkəzin neyrocərrahiyə şöbəsinin növbətçi həkimi Elşən Əhmədli bildirib ki, F.Cavadov xəstəxanaya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ alın təpə nahiyyəsinin və sağ qaşüstü nahiyyəsinin əzilmiş-cırılmış yaraları diaqnozu ilə qəbul edilib.
Ona tibbi yardım göstərilib.
Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO











