Zığ şosesində qəza olub, ölən və xəsarət alanlar var - VİDEO - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Zığ şosesində olan yol qəzası barədə məlumat yayıb.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” və "SantaFe" markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.
12:45
Zığ şossesində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb olunub.
Bunu açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. Qurum rəsmisi qeyd edib ki, ilkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlara təcili tibbi yardım göstərilib, yolda hərəkət bərpa olunub. Hazırda ərazidə aidiyyatı üzrə araşdırma aparılır.
12.13
Zığ şossesində ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, şəhər mərkəzinə doğru hərəkətdə olan “BMW- X5” markalı, 90-UX-981 dövlət nömrə nişanlı və “Hyundai SantaFe” markalı, 99-TS-378 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində ağır xəsarət alanlar var. Sürücü hadisə yerində həyatını itirib, bir qsdın yaralanıb. Avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə FHN-nin xilasetmə qrupu cəlb edilib. Hazırda yolda sıxlıq müşahidə olunur.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də qəza barədə məlumat yayıb. NİİM-dən verilən məlumata görə, Zığ şosesi şəhər istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hazırda bu səbəbdən mərkəz istiqamətində sıxlıq müşahidə edilir.
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO














