Bakıda sərnişin avtobusunun iştirakı ilə ağır qəza - VİDEO

"Baku Bus" MMC-nin balansında olan və 120 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JV-204 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu bu gün saat 20:08-də qəzaya uğrayıb". Avtosfer.az xəbər verir ki, bu məlumatı Oxu.az-a açıqlamasında "Baku Bus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva verib. O qeyd edib ki, hadisə 8 Noyabr prospekti, 64 ünvanında qeydə alınıb. "İlkin məlumata əsasən, avtobus dayanacaqda dayandığı zaman qarşı tərəfdən gələn 99-RG-960 dövlət qeydiyyat nişanlı minik avtomobili tərəfindən vurularaq yüngül zədələnib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasının təmin olunması məqsədilə 120 nömrəli digər avtobus hadisə yerinə cəlb edilib və marşrut xətti üzrə hərəkət qısa müddətdə bərpa olunub", - deyə Ə.Əliyeva bildirib.
***
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında, paytaxtın 8 Noyabr prospektində qeydə alınıb. Belə ki, "Volkswagen Passat" markalı minik avtomobili "Baku Bus" MMC-yə məxsus sərnişin marşrutu ilə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ziyan dəyib, nəqliyyatın hərəkəti çətinləşib.
Həmin görüntüləri təqdim edirik:
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu












