Banner

İrandan Azərbaycana 50 kiloqram narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Xəbərlər 17 Noyabr 2026 11:48
İrandan Azərbaycana 50 kiloqram narkotik keçirilməsinin qarşısı alındı - FOTO
WhatsApp kanalımıza abunə olun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" və "Lənkəran" sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 49 kiloqram 950 qram narkotik vasitə və 3 000 ədəd psixotrop tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində iki hal olmaqla, 39 kiloqram 700 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli "Metadon M-40" həbi, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində isə 10 kiloqram 250 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb - Foto

İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb - Foto

 

Oxunub : 54
ŞƏRH YAZ
Ad

E-mail

Şərh