Deputatın düşdüyü qəza ilə bağlı cinayət işi başlanıldı

Noyabrın 14-də Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında 1 nəfərin ölümü, 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Avtosfer.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi açılıb.
Qeyd edək ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib, 1994-cü il təvəllüdlü Əmrah Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Zeynalov xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Qəzaya düşənlərin hər üçü qazidir.
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı












