Bakıda sürət qatarı kişini vuraraq öldürüb

Bakıda sürət qatarı kişini vuraraq öldürüb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 11-i saat 18:45 radələrində paytaxtın Nərimanov rayonunda yerləşən Keşlə dəmir yolu stansiyasının ərazisində qeydə alınıb.
Belə ki, maşinist Ağayev Mahir Hilal oğlu və maşinist köməkçisi Həbibov Pirverdi Seyidverdi oğlunun idarə etdikləri Sərnişin Daşıma Departamenti İstismar Xidmətinə məxsus "Stadler-EŞ-019" saylı Biləcəri-Keşlə yük-Bakı istiqamətində sürətli elektrik sərnişin qatarı Məmmədov Araz Məhərrəm oğlunu dəmir yol xəttini keçərkən vurub. Nəticədə A.Məmmədov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
"Report"
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu












