Bakıda taksi sürücüsünü maşın vurdu - Bu da oldu - VİDEO

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gürcüstan vətəndaşı Raqif Qarayev "Opel" markalı nəqliyyat vasitəsi ilə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Sabunçu dairəsinin yaxınlığında avtomobilindən düşüb yolu keçmək istəyən 37 yaşlı Zaur Vaqif oğlu Əhmədovu vurub. Hadisədən sonra özünü itirməyən "Opel"in sürücüsü yaralı Zaur Əhmədovu öz maşını ilə yaxınlıqdakı 3 saylı şəhər kliniki xəstəxanasına çatdırıb. Dərhal əməliyyat olunan yaralının həyati təhlükəsi aradan qaldırılıb.
Yaralı Zaur Əhmədovun anası oğlunun taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. Hadisə də Sabunçu rayonunda Zaur müştərini maşınından düşürdükdən sonra baş verib. Zərərçəkənin anası deyib ki, oğlu yolu keçərək, mağazaya girmək istəyirmiş.
Qəzanı törədən Raqif Qasımova gəlincə, hadisə zamanı içkili olub-olmamasının yoxlanılması üçün müayinəyə aparılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. APA TV
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO










