Bakıda üç nəfəri avtomobil vurub, vəziyyətləri ağırdır

Bakının Xətai, Xəzər və Yasamal rayonlarında yol-nəqliyyat hadisələri baş verib. Xətai rayonundakı hadisə Sadıq Orucov küçəsində qeydə alınıb. 29 yaşlı Məmmədov Vasif Yusif oğlunu minik avtomobili vurub. V.Məmmədov ağır kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətləri alıb.
Piyada vurulması ilə nəticələnən digər hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Metronun "20 Yanvar" stansiyasının yaxınlığından keçən 1975-ci il təvəllüdlü Salmanova Dürdanə Xəqani qızını da minik avtomobili vurub. Piyada ağır xəsarətlər alıb.
Analoji hadisə Xəzər rayonunda da baş verib. 1979-cu il təvəllüdlü Xəlilova Validə Rayəddin qızını nəqliyyat vasitəsu vurub.
Hər üç hadisədə xəsarət alanlar 3 nömrəli şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












