Bakıda zəncirvari qəza: Xəsarət alan var - VİDEO

Bakıda üç avtomobilin toqquşması nəticəsində zəncirvari yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, hadisə Sabunçu körpüsünün yaxınlığında baş verib.
Qəza nəticəsində bir nəfər yüngül bədən xəsarətləri alıb. “Opel”, BMW, “Toyota Prius” markalı üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb və nəticədə avtomobillərə ciddi maddi ziyan dəyib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli oxu.az-a açıqlamasında bildirib ki, qəza baş verən əraziyə DYP əməkdaşları cəlb ediliblər:
“Hadisə nəticəsində üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb. Nəqliyyat vasitələrindən birinin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.
Qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Həmin görüntüləri təqdim edirik:
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - ANBAAN VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO












