Cəlilabadda ailə faciəsi: Ölənlərin sayı artdı - YENİLƏNİB + FOTO

Cəlilabad rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.
“Report”un Muğan bürosunun məlumatına görə, qəzada yaralanan 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu Masallıda özəl xəstəxanaya təxliyə edilən zaman vəfat edib.
Digər üç yaralı isə Masallı rayonunda yerləşən özəl xəstəxanaya köçürülüb.
10:43
Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobilini aparan evakuatora çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Masallı rayon sakinləri - 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu, 1992-ci il təvəllüdlü Talıbova Vüsalə, 2010-cu il təvəllüdlü Talıbov Məcid Ramiz oğlu və 2008-ci il təvəllüdlü Talıbov Yusif Ramiz oğlu xəsarət alıb, 1954-cü il təvəllüdlü Talıbova Zümrüd Əlibəy qızı isə vəfat edib.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO











