Hacıqabulda ağır qəza: Yük maşını baryerləri qıraraq əks yola çıxdı - VİDEO

Qəzalar 5 Avqust 2026 10:18
Hacıqabulda ağır qəza: Yük maşını baryerləri qıraraq əks yola çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə olun

Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.

"Hadisə bu gün saat 07:15-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 98-ci kilometrliyində qeydə alınıb. Saməddin Sübhü oğlu Əhədovun idarə etdiyi MAN markalı, 88-CH-016 dövlət nömrə nişanlı yük avtomobilində nasazlıq yarandığından sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun əks istiqamətinə keçərək aşıb. Nəticədə sürücü yüngül dərəcəli xəsarət alıb", - deyə məlumatda bildirilir./oxu.az

***09:46

Bakı–Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 98-ci kilometrliyində yük avtomobili aşıb.

Avtosfer.az xəbər verir ki, qəza zamanı sürücü idarəetməni itirərək yolun ayırıcı dəmir baryerlərini qırıb və əks hərəkət zolağına çıxıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur, lakin xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

Könül

Oxunub : 546
ŞƏRH YAZ
Ad

E-mail

Şərh