Balakəndə yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - FOTO - VİDEO - YENİLƏNİB
Balakəndə ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
APA-nın məlumatına görə, “KİA” markalı 50 EH 624 dövlət nömrə nişanlı minik avtomobili ilə “BMW” markalı 62 BO 530 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.
Qəza zamanı “KİA” markalı avtomobildə olan sərnişin Balakən rayon sakini Pərviz Həbubullah oğlu Baradov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. “KİA” markalı avtomobilin sürücüsü Balakən rayon sakini İlham Kamil oğlu Taralov, sərnişini Balakən rayon sakini Teymur Mikayıl oğlu Layıcov və “BMW” markalı avtomobilin sürücüsü Zaqatala rayon sakini Cavid Rövşən oğlu Bayramov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumatda bildirilir ki, yaralıların müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***
09:46
Balakəndə yol qəzası olub, ölən və yaralananlar var.
APA-nın məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.

Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO












