Bərdə -Tərtər yolunda faciə: 1 ölü

Bərdə -Tərtər yolunun 5-ci km-də Bərdənin Zümürxan kəndi ərazisində ağır yol qəzası baş verib. Kənd sakini Zabil Əhmədovu yolla hərkətdə olan Tərtər rayon sakini İlqar Hümbətovun idarə etdiyi «BMW» markalı avtomobil vurub. Hadisə şahidlərinin sözlərinə görə, Zabil Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili kənarda saxlayaraq yolu keçmək istəyərkən maşının açarları yerə düşüb. Açarları götürmək üçün geri qayıdan zaman BMW ona çırpılıb. Xəsarət alan 46 yaşlı Zabil Əhmədov Bərdə MRX-na çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. «BMW»-nin sürücüsü 25 yaşlı İlqar Hümbətov artıq polis tərəfindən saxlanılıb. Hadisənin baş verdiyi ərazidə piyada keçidi də var. Hələlik Zabir Əhmədovun yolu keçərkən piyada keçidindən istifadə edib-etmədiyi məlum deyil. Hadisə yerində Bərdə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları araşdırma aparır. Hadisənin dəqiq səbəbləri də araşdırmalardan sonra məlum olacaq. anspress
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO












