Biləsuvarda ağır yol qəzası: 3 ölü

Azərbaycanın Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gecə saat 21.00 radələrində Ələt-Astara magistralının 122-ci kilometrliyində, yolun rayonun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Elmar Adil oğlu Ələkbərovun idarə etdiyi "Froland " markalı kiçik tutumlu yük avtomobili Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Masallı rayon sakini, 20 yaşlı Aslan Azər oğlu İsmayılzadənin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Güclü zərbədən "Mercedes"in sürücüsü ilə birlikdə sərnişinləri – Masallının Xıl kənd sakinləri, 1986-cı il təvəllüdlü Cəlal Alim oğlu Məhərrəmov və 1987-ci il təvəllüdlü Zamin Abdulla oğlu Abdulayev aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişiblər.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri tərəfindən onların deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobildəki digər 2 sərnişin - Masallı rayon sakinləri Kamran Şükürov və Zamin Nurullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. qəzanın yolun buzlu və sürüşkən olması səbəbindən baş verdiyi ehtimal olunur.
İkin versiya kimi qəzanın yolun buzlu və sürüşkən olması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq baş vermə səbəbi avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












