Binədə 58 yaşlı qadını avtomobil vurdu

Qəzalar 14 May 2021 12:15
Binədə 58 yaşlı qadını avtomobil vurdu
WhatsApp kanalımıza abunə olun

Bakıda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1963-cü il təvəllüdlü Qaraşova Yeganə Musa qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin küt travması diaqnozu qoyulub.

Oxunub : 1338
ŞƏRH YAZ
Ad

E-mail

Şərh