Binəli Yıldırım və Şamil Ayrım Azərbaycanda yol qəzasına uğrayıblar - VİDEO - FOTO - YENİLƏNİB

Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayan Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım tviter hesabında səhhəti ilə bağlı paylaşım edib.
Avtosfer.az xəbər verir ki, Binəli Yıldırım səhhətinin yaxşı olduğunu bildirib.
“Azərbaycana səfərimiz zamanı yol qəzasına uğradıq. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada tibbi nəzarət altındayıq. Dua edib xoş arzularını çatdıran hər kəsə təşəkkürlər”, - Binəli Yıldırım sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.
Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar.
AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.
22:30
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan proqramı çərçivəsində Qarabağda olan AK Partiya sədr müavini Binəli Yıldırım yol qəzası keçirib.
Avtosfer.az xəbər verir ki, Yıldırımın səhhətinin yaxşı olduğu bildirilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan proqramı çərçivəsində Qarabağda olan Binəli Yıldırımı daşıyan avtomobil Cebrayıldan dönərkən döngəni ala bilməyib və qəzaya uğrayıb. Qəza nəticəsində təhlükəsizlik yastıqları açılan avtomobildən çıxarılan yYıldırım təcili yardımla hadisə yerini tərk edib.
Yıldırımın səhhətinin yaxşı olduğu və Türkiyəyə qayıtması üçün helikopterlə hava limanına aparılacağı bildirilib.
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var - ADLAR
Hava Limanı yolunda iki avtomobil toqquşub - FOTOLAR
Bakıda "BYD" "Prius"la toqquşdu: Biri aşdı, digəri isə... - VİDEO
Dərnəgül yolunda ağır qəza; işıq dirəyi avtomobilə girdi - VİDEO
Bakıda motosiklet avtomobilə çırpıldı, yeniyetmə ağır xəsarət aldı
Ağdamda iki "07" toqquşdu; dörd nəfər xəsarət aldı - FOTOLAR
Yuxusuz sürücülərin törətdiyi qəzaların görüntüləri yayıldı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Ağcabədidə iki maşın toqquşdu - Ölən var - FOTO
Əks yola çıxıb ağır qəza törətdi; dəfələrlə havada fırlandı - FOTO - VİDEO
Sabirabadda "07" "Nissan"la toqquşdu - Ölən və xəsarət alanlar var - FOTOLAR
Ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb oldu - VİDEO










