Binəqədidə “avtoş” polisi vurdu - FOTO

Binəqədi rayonunda avtoxuliqanlıq edən şəxs zəncirvari yol qəzası törədib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hələlik kimliyi məlum olmayan “Mersedes” markalı avtomobilin sürücüsü Eldar Babayev küçəsində "Giriş qadağandır" nişanının tələbini pozaraq hərəkətini davam etdirib. Yol polisi yüksək sürətlə hərəkət edən maşını bir neçə dəfə saxlamağa cəhd etsə də, sürücü qarşı yola çıxaraq təqibdən yaxa qurtarıb. Yol boyu bir neçə dəfə təhlükə yaradan avtoxuliqan Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yerləşən körpünün altında idarəetməni itirib. O, maşını işıqforun qırmızı işığında dayanan Vüsal Tağıyevə məxsus “Nissan” a daha sonra İmran Cəfərova məxsus “Hundai"ya çırpıb. Yol patrul xidmətinin inspektoru Azər Musayev sürücünü maşından düşürtmək istəsə də, içkili sürücü ona xəsarət yetirərək hadisə yerindən qaçıb. Əraziyə Dövlət Yol Polisinin bir neçə patrul maşını və təcili yardım briqadası cəlb olunub. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib. Polis qəza törədərək hadisə yerindən qaçan avtoxuliqanın axtarışlarına başlayıb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO















