"BMW", "Honda" və "Chevrolet" toqquşdular: 4 ölü
Qəzalar
12 Avqust 2022 22:24

Rusiyada Krasnoyarsk diyarının Berezovski rayonunda "BMW," "Honda" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb.
Avtosfer.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polisdən verilən məlumata görə, qəza Şimal magistralının 24-cü kilometrliyində baş verib. Qəza nəticəsində "Honda" markalı avtomobilin 3 sərnişini və sürücüsü dünyasını dəyişib. "Chevrolet"in sahibi xəstəxanaya çatdırılıb. Hadisə yerində olan yol polisi əməkdaşları qəzanın baş vermə şəraitini müəyyənləşdirirlər.
Qəza anı "Krasnoyarsk Fövqəladə Hallar" Telegram kanalında yerləşdirilib. Videoda görünüb ki, avtomobillərdən biri ötmə zamanı sağ tərəfi ilə öz zolağında olan avtomobilə toxunub, bundan sonra qarşıdan gələn zolağa çıxaraq digər nəqliyyat vasitəsi ilə toqquşub.
Milli.Az
Oxunub : 1392
DİGƏR XƏBƏRLƏR
30 Sentyabr 2026 13:30
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
30 Sentyabr 2026 11:53
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
30 Sentyabr 2026 11:48
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
30 Sentyabr 2026 10:48
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
29 Sentyabr 2026 16:00
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
29 Sentyabr 2026 09:41
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
28 Sentyabr 2026 18:12
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
28 Sentyabr 2026 15:46
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
28 Sentyabr 2026 15:39
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
28 Sentyabr 2026 10:48
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
28 Sentyabr 2026 10:06
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
28 Sentyabr 2026 09:56
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
ŞƏRH YAZ











