Moped "BMW" ilə toqquşdu mübahisə yarandı - VİDEO

Xətai rayonu Süleyman Vəzirov küçəsində qəza hadisəsi baş verib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata əsasən qəzadan sonra "BMW" markalı, 10-GT-012 dövlət nömrə nişanlı avtomobilin sürücüsü çatdırılma xidmətiylə məşğul olan “Wolt” şirkətinin mopedçisi arasında mübahisə yaranıb.
“BMW”-nin sürücüsü İsmayıl Abbasov Avtosfer.az-a bildirib ki, hadisə əslində moped sürücüsünün günahı ucbatından baş verib. Belə ki, onun nəqliyyat vasitəsi dayanıqlı olan vəziyyətdə moped ona çırpılıb: “Amma buna baxmayaraq, ərazidə müşahidə kamerası olmadığı üçün moped sürücüsü bundan istifadə edir, məni günahkar çıxarmağa çalışır. Lakin hadisə şahidləri onun mənim avtomobilimə çırpıldığını təsdiq edə bilərlər. Moped sürücüsü polisə məndən şikayət edərək, guya mənim günahkar olduğumu və onu vurduğumu iddia edir.”
Qəza nəticəsində mopedçi yaralanıb. Hadisə yerindən olan görüntüləri təqdim edirik:
Nərminə Əli
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO











