Cəlilabadda yol qəzası: ata və oğul xəsarət alıb - FOTO

Cəlilabadda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə gecə saatlarında rayonun Abışabad kəndi ərazisində qeydə alınıb. Rayonun Türkelli kənd sakini Ruslan Xudiyevin idarə etdiyi BMW markalı, 90 BF 834 dövlət nömrə nişanlı minik avtomobili rayonun Edişə kənd sakini, 31 yaşlı Aqil Ağayevin idarə etdiyi “VAZ-2107” markalı, 90 HA 163 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb. Güclü zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşüb.
Sürücülər xəsarət almasalar da, “VAZ-2107”-nin sərnişinləri, 57 yaşlı Elyas Ağayev və onun 17 yaşlı oğlu Aqşin Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxs üzərində cərrahiyyə əməliyyatı aparılıb. Aqşin Ağazadənin vəziyyəti ağırlaşdığından o, paytaxt xəstəxanalarından birinə yola salınıb. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO


















