Dairəvi yoldakı ağır qəzadan yeni xəbər - FOTO

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakı dairəvi yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin nəticələrini aradan qaldırır. Bunu ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, betonqarışdıran maşın idarəetməni itirməsi nəticəsində aşaraq ayırıcı metal çəpərin xeyli hissəsinə zərər yetirib. Qəza nəticəsində yanacaq-sürtkü materialları və beton kütləsi də yola dağılıb. Avtomobilin yoldan götürülməsi üçün qaldırıcı kran cəlb olunsa da, onu yoldan kənarlaşdırmaq mümkün olmayıb. Yolda qaldırıcı kranın olması avtomobillərin hərəkətinə mane törətdiyinə görə o, yolun hərəkət hissəsindən aparılıb. P.Mürsəliyev əlavə edib ki, aşan maşın hələ yoldadır, lakin avtomobillərin hərəkətinə mane olmur: "O, qəza yerindən götürüldükdən sonra yol-nəqliyyat təsərrüfatına dəymiş ziyan hesablanacaq".
Seymur
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO















