Dəhşətli qəzada ölən Yeganənin son paylaşımı: Darıxmışam - FOTO

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb. Hadisə Nobel prospektində qeydə alınıb. Bu gecə avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar.
Milli.Az azxeber.com-a istinadla xəbər verir ki, vəfatından sonra Yeganə Məmmədovanın bir müddət öncə sosial şəbəkədə yazdığı post yenidən gündəmə gəlib.
Yeganə təhsil aldığı Azərbaycan Tibb Universitetinə çox bağlı olduğunu bildiribmiş:
"Darıxmışam, işləməyən fəvvarənin başına mənasızca fırlanmaq üçün, çıxarkən perojkini biz bişirmişcəsinə üzərimizdə qoxu saxlayan əsasın bufeti, heç vaxt yer tapmayıb ayaqüstü yediyimiz "fizkim", "anat" bufetləri, aramıza yeni qatılan cücüyəbənzər kolluq, "xanım bu lift tələbələr üçündür" ilə başlayan lift davaları, mallda oturarkən zəng edən müəllimə "qrup yoldaşımız zəhərlənib semaşkoda mədəsini yuduzdururuq" bəhanələri, günlük ən azı 10 km kafedradan kafedraya qaçmaq (yoxluğunda kökəlmişəm) üçün, bir sözlə darıxmışam ATU".
Xatırladaq ki, tibb işçiləri FHN-in Modul Tipli Tibb Mərkəzində çalışıblar. Onlar evə qayıdarkən qəzaya düşüblər.
Allah rəhmət eləsin.
Yeganənin fotolarını təqdim edirik: 
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO



















