DİN ölümlə nəticələnən qəzalarla bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi baş verən ağır yol nəqliyyat hadisələri ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, yol qəzalarından biri Goranboy rayonunun Qızılhacılı qəsəbəsində qeydə alınıb. Rayon sakini Elsevər İbrahimovun və Yevlax rayon sakini Cümşüd Xəlilovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. C.Xəlilovun sərnişini Sərvan Eyvazov hadisə yerində ölüb, özü və E.İbrahimov xəstəxanaya yerləşdirilib. Daha bir ağır yol qəzası Quba rayonunun Qam-Qam kəndində qeydə alınıb. Rayon sakini Emin Nəzirov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə həmyerlisi Vasif Tahirovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Oxşar hadisə Biləsuvar rayonunun Əsgərabad kəndində də qeydə alınıb. Mahir Nəhmədovun idarə etdiyi “Volkswagen” və Yardımlı rayon sakini Elçin Hamıyevin idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub, nəticədə M.Nəhmədov hadisə yerində ölüb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












