DİN: Polislər sürət həddini gözləmədən maşn sürürlər - FOTO

Qəzalar 18 Dekabr 2014 11:44 Oxunub 1465
DİN: Polislər sürət həddini gözləmədən maşn sürürlər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Baş verən qəzalar barədə məlumat vermişik"

Post Patrul Xidməti avtomobilinin ağır qəza törətməsi xəbərinə Daxili İşlər Nazirliyi aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Aznews.Az-a bildirib ki, yazı dərc edildikdən sonra həmin məsələ araşdırılıb və məlum olub ki, hadisə oktyabr ayının 30-da gecə saatlarında baş verib: “Nəsimi Rayon Polis İdarəsinə məxsus olan PPX avtomobili xidmət apararkən səkiyə çırpılıb”.

Daxili İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, həmin hadisə yazıda qeyd olunduğu kimi heç də gizlədilməyib, əksinə, dərhal sənədləşdirilərək, araşdırılıb və nəticələr barədə aidiyyəti orqanlara məlumat verilib”. 

Orxan Mansurzadə vurğulayıb ki, yazıda qeyd edilən “Polislərə yol hərəkəti qaydalarını pozmasına görə heç bir cəza verilmir” fikri həqiqəti əks etdirmir:

“Zəruri olan halda, hansısa əməliyyat zamanı polislərin yol hərəkəti qaydalarını pozması hallarına ola bilsin ki, rast gəlinsin - qanun buna imkan verir. Lakin polis qəza törətdiyi halda və ya polisin səhvi ucbatından hansısa bir yol-nəqliyyat hadisəsi baş verirsə bunun gizlədilməsi, qeydiyyata salınmaması mümkün deyil və bu barədə deyilənlərin heç bir əsası yoxdur”.

DİN rəsmisinin münasibət bildirdiyi xəbəri olduğu kimi təqdim edirik: Son dövrlər polis əməkdaşlarının qəza hallarına tez-tez rast gəlinir. Polis əməkdaşlarının törətdikləri qayda pozuntularına görə cəzalanmaması, belə qəzaların artmasına səbəb olur. Onlar çox vaxt sürət həddini gözləmədən, yol nişanlarına məhəl qoymadan avtomobili idarə edirlər. Elə buna görədir ki, təkcə son ayda ona yaxın polis əməkdaşlarının iştirakı ilə baş verən qəzalar barədə məlumat vermişik. Hələ o da bəllidir ki, polislərin törətdikləri qəzalar aidiyyəti qurumlar tərəfindən mümkün qədər gizlədilir, rəsmiləşdirilmir. Qeyd edək ki, Aznews.Az-ın əməkdaşı belə faktlardan daha birinin şahidi olub. Təmir sexlərindən birində saxlanılan Post Patrul Xidməti avtomobili tam deformasiyaya uğramış, yararsız vəziyyətdə olub. Qəzanın baş vermə səbəbi və tarixi məlum olmasa da, avtomobilin vəziyyəti qəzanın nə qədər ağır olduğundan xəbər verir. Belə ağır qəzada hər hansı itkinin ola biləcəyi də istisna deyil.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh