Dörd rayonda ağır yol qəzaları - 4 nəfər həlak olub, 8 yaralı var - VİDEO

Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qazıqumlaq kənd yolunda qeydə alınıb.
Həmin kəndin sakinləri, 34 yaşlı Bəhruz Seyidovun idarə etdiyi minik maşını ilə 39 yaşlı Anar Kərimovun idarə etdiyi digər bir minik avtomobili toqquşub.
Nəticədə Bəhruz Seyidovun qızı, 3 yaşlı Əsmər Seyidzadə dünyasını dəyişib, 6 yaşlı oğlu isə xəsarət alıb. Hadisə zamanı digər sürücüsü Anar Kərimov da xəsarət alıb və hər 2 yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Goranboydakı zənzirvari qəzada da 1 nəfər ölüb. Ağır yol-nəqliyyat hadisəsi rayonun Veyisli kəndi ərazisində, körpünün üzərində qeydə alınıb. Üç minik maşınının toqquşması zamanı ağır xəsarət alan 55 yaşlı Mais Bağırov dünyasını dəyişib. Avtomobillərdə olan daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Abşeronda isə avtomobil 64 yaşlı kişini vuraraq öldürüb. Saray qəsəbəsində Fuad Cavadov idarə etdiyi avtomobillə yolu keçən Şahbaz Əmirovu vurub. 64 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Masallıda da piyada vurulub. Rayonun Ərkivan qəsəbəsində Samir Nurəliyev idarə etdiyi avtomobillə yolu keçən 84 yaşlı Nurəddin Bağırovu vurub. Sürücü piyadanı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin səylərinə baxmayaraq Nurəddin Bağırovun həyatını xilas etmək mümkün olmayıb.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Kürdəmirdə "ölüm döngəsi": Qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO
Bərdədə "Chevrolet" beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - VİDEO
Rusiyada avtobus qəzası: 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ağır qəza: Ölən və yaralılar var - FOTOLAR - YENİLƏNİB
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO










