Əks zolağa çıxan “Hyundai” yük maşını ilə toqquşdu; 4 nəfər öldü - FOTO

Çuvaşiya Respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az Rusiya DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 29-da Tsivilsk – Ulyanovsk avtomagistralının 89-cu kilometrliyində Batırevsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Hyundai Solaris” markalı avtomobil, sürücünün idarəetməsindən çıxaraq yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “DAF” markalı yük maşını ilə toqquşub.
Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb.
Qəza nəticəsində biri qadın olmaqla, ümumilikdə 4 nəfər dünyasını dəyişib. Vəfat edənlər 20-23 yaşları arasında olan Çuvaşiya və Dağıstan vətəndaşlardır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev


Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












