Ermənistanda yol qəzasında üç nəfər ölüb
Qəzalar
26 Avqust 2022 11:29

Ermənistanın Lori vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az “shamshyan.com” saytına istinadən xəbər verir ki, Vanadzor-Alaverdi yolunda “Man” markalı yük avtomobili “Mercedes” markalı minik maşını ilə toqquşub.
Toqquşmanın zərbəsindən minik avtomobili yolun kənarındakı beton arakəsməni dağıdaraq, Debed çayının sahilindəki dərəyə yuvarlanıb.
Qəza nəticəsində bir nəfər yerində, bir nəfər xəstəxanaya aparılarkən yolda, bir nəfər isə yerləşdirildiyi xəstəxanada ölüb.
Ölənlərin 18 yaşlı Nare Matevosyan, 15 yaşlı Milena Partikyan və 20 yaşlı Arqişti Manukyan olduğu açıqlanıb.
Yük avtomobilini isə 58 yaşlı David Omilaşvili idarə edirmiş.
Qəzanın səbəbləri araşdırılır.
Oxunub : 826
DİGƏR XƏBƏRLƏR
31 Avqust 2026 22:59
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı - VİDEO
31 Avqust 2026 22:51
Bakı-Sumqayıt yolunda ağır qəza: Tıxacın uzunluğu Dərnəgülə çatır - VİDEO
31 Avqust 2026 22:24
Sərxoş və vəsiqəsiz sürücü qəzaya səbəb oldu: 4 yaralı, 8 800 manat cərimə
31 Avqust 2026 15:36
ANAMA-nın əməkdaşı yol qəzasında öldü - FOTO
31 Avqust 2026 14:53
Füzulidə AĞIR QƏZA: Avtomobil ağaca çırpıldı, sürücü ÖLDÜ
31 Avqust 2026 14:36
Xaçmazda AĞIR QƏZA: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
31 Avqust 2026 14:25
Bakıda sürücü motosikleti vurub aşırdı; kuryer asfalta yıxıldı - ANBAAN VİDEO
31 Avqust 2026 11:23
Bakıda avtomobil aşdı - FOTO - VİDEO
31 Avqust 2026 10:20
Ziya Bünyadovda qəza: 6 maşın bir-birinə girdi - VİDEO
31 Avqust 2026 10:18
"Toyota Prius" "Ford Fusion"u vurub qaçdı - VİDEO
31 Avqust 2026 10:06
“Mercedes”lə “Range Rover” toqquşdu - VİDEO
30 Avqust 2026 21:32
Kürdəmirdə "ölüm döngəsi": Qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO
ŞƏRH YAZ










