Banner

Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb

Qəzalar 29 Oktyabr 2026 21:47
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
WhatsApp kanalımıza abunə olun

Türkiyənin şərqindəki Ərzurum vilayətində minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Avtosfer.az "TRT Haber"ə istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil aşaraq bir neçə dəfə yuvarlanıb.

Nəticədə bir nəfər ölüb, avtomobildəki üç nəfər isə xəsarət alıb. Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub. Xəsarət alanlardan biri sonradan xəstəxanada keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxunub : 134
ŞƏRH YAZ
Ad

E-mail

Şərh