Fransada tanınmış iş adamı təyyarə qəzasında öldü - FOTO - YENİLƏNİB

Qəzalar 20 İyun 2026 15:37
Fransada tanınmış iş adamı təyyarə qəzasında öldü - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

"Ubisoft" şirkətinin həmtəsisçisi Klod Giyemo Fransada baş verən təyyarə qəzası nəticəsində dünyasını dəyişib.

Avtosfer.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Tanınmış iş adamı "La Baule" klubunun toplantısına gedərkən onun idarə etdiyi "Cessna 421" markalı təyyarə Renn şəhəri yaxınlığında qəzaya uğrayıb.

Fransada tanınmış iş adamı təyyarə qəzasında öldü - FOTO

Hava gəmisini 69 yaşlı sahibkar özü idarə edib. Qəza zamanı onunla birlikdə uçuş təlimatçısı da həyatını itirib.

Qəzada ölən iş adamı 1986-cı ildə "Ubisoft"u quran beş qardaşdan biridir. Şirkət qlobal miqyasda ən iri kompüter oyunları istehsalçılarından birinə çevrilib. O, həmçinin "Guillemot Corporation" şirkətinin baş direktoru postunu tutub və "Ubisoft"un Direktorlar Şurasında təmsil olunurdu.

***14:41
Fransanın qərbində yerləşən La-Bol bölgəsində turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

Avtosfer.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə çatdıqda hava gəmisi alovlar içində olub. Yanğının qarşısının alınması prosesinə 29 xüsusi texnika cəlb edilib.

Telekanal əlavə edib ki, hazırda qəzanın başvermə səbəbləri və həlak olan şəxslərin kimlikləri dəqiqləşdirilir.

Oxunub : 176
ŞƏRH YAZ
Ad

E-mail

Şərh