"Avtovağzal" metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq - VİDEO

Metronun "Avtovağzal" stansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq.
Avtosfer.az xəbər verir ki, Bənövşəyi xəttin şərti adı "B-05" olan 6-cı stansiyası sərnişinlərə "Nizami" stansiyası vasitəsilə Yaşıl xəttə birbaşa keçid imkanı yaradacaq. Bu isə metronun gələcək mobillik və sərnişin paylanması xəritəsini tamamilə yeniləyir. Stansiya Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi ətrafında yerləşəcək.
“Bakı Metropoliteni" Qsc-nin mətbuat katibi Bəxtiyar Məmmədov "Xəzər Tv-yə açıqlamasında bildirib ki, "Xocəsən" və "Avtovağzal"dan başlayan axın istiqamətləri yeni stansiyanın strateji əhəmiyyətini əyani şəkildə sübut edir.
Onun sözlərinə görə, yeni tikiləcək stansiya təkcə yeraltı nəqliyyatı birləşdirməyəcək, həm də yerüstü marşrutların inteqrasiya olunduğu böyük bir nəqliyyat qovşağına çevrilə bilər.
Bir sözlə, yeni stansiyanın inşası ilə paytaxt nəqliyyatının yükü bərabər paylanacaq və sərnişinlərin mənzil başına daha tez çatması təmin olunacaq.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












