Füzuli Mərkəzi Rayon Xəstəxanasının qarşında yol qəzası olub - VİDEO
Füzuli rayonunda “VAZ 2106” markalı avtomobillə KİA markalı maşın toqquşub.
Avtosfer.az xəbər verir ki, hadisə Füzuli Mərkəzi Rayon Xəstəxanasının qarşında baş verib. Qəzanın baş verməsinə KİA markalı avtomobil hərəkətdə olarkən qarşındakı maşının sürücüsünün gözlənilmədən əyləci basması səbəb olub.
KİA-nın sürücüsü qəzadan yayınmaq üçün avtomobili yolun qarşı istiqamətinə çıxarsa da, əks yolla hərəkətdə olan “VAZ 2106” ilə toqquşub.
Hadisə nəticəsində Füzuli rayonu “Qayıdış 7” qəsəbəsinin sakini, 1984-cü il təvəllüdlü Vüsal Nazim oğlu Nəcəfov və Beyləqan rayonunun Mil qəsəbəsinin sakini, 1982-ci il təvəllüdlü Fariz Gülverdi oğlu Rzayev xəsarət alıblar.
Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Fariz Rzayevin vəziyyəti ağır olduğu üçün Bakıya göndəriləcəyi gözlənilir.
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza: Tıxacın uzunluğu Dərnəgülə çatır - VİDEO
Sərxoş və vəsiqəsiz sürücü qəzaya səbəb oldu: 4 yaralı, 8 800 manat cərimə
ANAMA-nın əməkdaşı yol qəzasında öldü - FOTO
Füzulidə AĞIR QƏZA: Avtomobil ağaca çırpıldı, sürücü ÖLDÜ
Xaçmazda AĞIR QƏZA: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Bakıda sürücü motosikleti vurub aşırdı; kuryer asfalta yıxıldı - ANBAAN VİDEO
Bakıda avtomobil aşdı - FOTO - VİDEO
Ziya Bünyadovda qəza: 6 maşın bir-birinə girdi - VİDEO
"Toyota Prius" "Ford Fusion"u vurub qaçdı - VİDEO
“Mercedes”lə “Range Rover” toqquşdu - VİDEO










