Gəncədə avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, noyabrın 26-də Gəncə şəhərinin İ. Cəfərli küçəsində müəyyən edilməmiş avtomobilin yolu keçən şəhər sakini N. Hüseynovanı vurması və xəstəxanaya yerləşdirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.
Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 2-ci Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “VAZ 2107” markalı avtomobil ilə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən, qeyd edilən avtomobilin sürücüsü - şəhər sakini Sənan Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO












