Gəncədə sərxoş sürücü qəza törədib
Qəzalar
27 Dekabr 2014 12:00

Hadisəyə səbəb yüksək sürət olub
Hadisə bu gün səhər saat 7 radələrində baş verib. Avtosfer.az Kəpəz TV-yə istinadan məlumat verir ki, Gəncə şəhər sakini 24 yaşlı Muxtar Məmmədov idarə etdiyi VAZ 2107 markalı avtomobillə Şahsevənlər küçəsi ilə hərəkətdə olarkən idarə etməni itirib və avtomobili yolun solundakı çinar ağacına çırpıb. Nəticədə sürücü və avtomobildə olan 23 yaşlı Şahlar Verdiyev yaralanıb. İlkin ehtimala görə hadisəyə səbəb yüksək sürət olub. Yaralılar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə xəstəxanaya gətirilib. Onlara ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə hər iki yaralı sərxoş olub. Faktla bağlı araşdırma aparılır.
Oxunub : 2000
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
ŞƏRH YAZ












