Girnədəki gəmi qəzası istintaqı: Saxlanılan azərbaycanlılara qarşı ittiham dəyişdirildi

Şimali Kiprin Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində 9 şübhəli şəxsin həbs müddəti üç gün artırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bundan əlavə, cinayət işində təqsirləndirilən şəxslərə qarşı "ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma" ittihamı "qəsdən adam öldürmə" maddəsi ilə əvəzlənib.
İş üzrə növbəti məhkəmə prosesi noyabrın 24-də baş tutacaq.
Qeyd edək ki, Girnə və Türkiyənin Mersin vilayətinin Tasucu limanı arasında hərəkət edən "Filo Jet" adlı sürətli sərnişin gəmisi avqustun 30-da yola düşdükdən qısa müddət sonra batıb. Batan bərədə Azərbaycan vətəndaşları da olublar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib.
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü












