Gömrük Akademiyasının önündə daha bir AĞIR QƏZA: yaralılar var - VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, hadisə Zabrat-Maştağa yolunda, Dövlət Gömrük Komitəsinin akademiyasının qarşısında baş verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, “Opel” və “Kia Sportage” markalı avtomobillər işıqforun qırmızı işığında toqquşublar:
“Nəticədə hər iki sürücü xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Xoşbəxtlikdən ölən yoxdur. Həmin ərazidə sürücülər daha diqqətli olmalıdırlar. Bu son günlər artıq Dövlət Gömrük Akademiyasının qarşısında ikinci ağır qəzadır. Bildiyimiz kimi, ötən həftə sonu bu ərazidə akademiyanın tələbələrinin ölümü ilə nəticələnən yol qəzası olmuşdu”.
Qeyd edək ki, sentyabrın 23-də akademiyanın qarşısında iki nəfərin ölümü ilə nəticələnən ağır qəza olub. Qəzadan sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar.
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO











