Goranboyda ağır avtomobil qəzası olub, ölən və xəsarət alanlar var
Qəzalar
4 Avqust 2022 20:33
Oxunub 1316

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az -ın məlumatına görə, hadisə rayonun Xan Qərvənd yolunda qeydə alınıb.
Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Əli Babayev dünyasını dəyişib.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.
Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













