Göyçayda dəhşətli avtomobil qəzası: Ölənlər var - FOTO

Göyçay rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə gecə saat 02:30-da Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb.
Göyçay şəhər sakini, 1979-cu il təvəllüdlü Rzayev Çingiz Qiyas oğlu 99-HA-350 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Çingiz Rzayev və sərnişinləri, Göyçay sakinləri 1987-ci il təvəllüdlü Mustafayev İsmayıl Mübariz oğlu və həmyaşıdı Zeynalov İlham İlqar oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilərək müxtəlif kəsici alətlərdən istifadə olunmaqla onların avtomobildə sıxılıb qalmış meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












